Tərəflər zorakılığın dayandırılması üçün təxirəsalınmaz səylərin vacibliyini də vurğulayıblar
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Anspress-in Kremlin saytına istinadən verdiyi məlumata görə, tərəflər Qəzza bölgəsindəki vəziyyətlə bağlı addımların əlaqələndirilməsi barədə razılığa gəliblər.
Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan zorakılığın dayandırılması və vəziyyətin dinc məcraya qaytarılması üçün təxirəsalınmaz səylərin vacibliyini də vurğulayıblar.