ƏRDOĞAN NATODA KARİKATURALARDAN DANIŞDI

Türkiyənin baş naziri NATO zirvəsində şok effekti yaratdı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Danimarkanın baş naziri Anders For Rasmussenin NATO-nun baş katibi postuna namizədliyinin əleyhinə çıxıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirin bu bəyanatı NATO zirvəsində şok effekti yaradıb.

Xatırladaq ki, bu il iyulun 31-də NATO-nun hazırkı baş naziri Yaap de Hoop Shefferin səlahiyyət müddəti başa çatır. Onun yerinə isə Danimarkanın baş nazirinin gətiriləcəyi güman edilir. Rasmussenin mətbuat xidməti bu gün rəsmi açıqlama ilə çıxış edərək baş nazirin namizəd olduğunu təsdiqləyib.

Ərdoğan NATO-nun sülhü qorumalı olan qurum olduğunu xatırladıb: “Amma mənim ölkəmdəki terror təşkilatının (PKK) təbliğat orqanı olan (Roj TV) Danimarkanın mərkəzindən yayımlanır. 4 il öncə Rasmussendən xahiş etdim. “Bunu dayandırın” deməyimə baxmayaraq, telekanalı dayandırmadılar və ya dayandıra bilmədilər. Heç bir nəticə almadıq. Necə bir təhlükəsizlikdir? Karikatura böhranı yaşadıq. Onlardan xahiş etdim ki, İslam dövlətlərinin ölkələrindəki səfirlərini yığıb məsələni başa salsınlar. Qulaq asmadılar». LENT.AZ


В этом разделе