Əlqəbs : Əhmədinejad və Ərdoğan İslam dünyasının misilsiz rəhbərləridir

Küveytdə çıxan Əlqəbs qəzeti Əhmədinejad və Ərdoğanı İslam dünyasının misilsiz rəhbərləri kimi yad edib .

Qəzetdə Əbdulrəhman Xalid Mahmudun yazdığı "Yaşasın Əhmədinejad və Ərdoğan " başlıqlı məqalədə deyilir: Ərəblərin əbədi rəhbəri Camal Əbdülnasirin dünyasını dəyişməsindən sonra işğalçı Sionist rejimə qarşı mübarizə simvolu yox idi , amma birdən-birə Allah Təala İslam dünyasından bizə iki rəhbər mərhəmət buyurdu ki , misilsiz şücaətlə ümmət gənclərində mübarizə və müqavimət ruhu yaratmaqla bizə ümid qığılcımı aşdılar . 

 Qəzetbilə yazır : Sionist düşmənə qarşı ilk fəryad İrandan və Mahmud Əhmədinejad tərəfindən olur ki , tarixi və şücaətli bir şəxsdir , onun sözləri , onun davranışları ilə uyuşur .
Əlqəbsin yazdığına görə ,Əhmədinejad beynəlxalq iclaslarda düşmənə qarşı elə sözlər söyləyir ki , bizim rəhbərlərimizin və medialarımızın heç biri onları söyləməyə cürət etməz . 

 Qeyd edilən qəzet sonra belə yazır: Başqa bir islami rəhbər də Rəcəb Təyyüb Ərdoğandır ki , İsrail rejiminin sədri Şimon Peresin qeyd edilən rejimin Qəzzə zolağındakı qətliamı və cinayətlərini himayə edən konfransda o konfransı tək etməklə sionistlərin yalançılıqları və onların beynəlxalq konfranslara istilasını ifşa etdi.

irib.ir

В этом разделе