Əli Əkbər Salehi həbs olundu

İran XİN rəhbərinin yunan Kiprinə səfər çərçivəsində səhvən həbs edildiyi bildirir

İran XİN Əli Əkbər Salehi yunan Kiprinə səfərə gedərkən həbs olunub. 313news.net-in AA-ya istinadlı xəbərinə görə, bu barədə Yunanıstan KİV məlumat yayıb. Məlumata əsasən, Salehinin adı "Avropada arzuolunmaz şəxslər" siyahısında yer aldığına görə hava limanında qısa müddətə həbs olunub, lakin daha sonra azad edilib.

Yunan mətbuatının xəbərinə görə, ölkənin terrorla mübarizə komitəsi İran məmurunun ölkəyə girişinə qadağa qoysa da bu səhv, ölkədən xaricdə olan XİN rəhbəri Erato Markullinin məsələyə qarışmasından sonra düzəldilib.

Məlumata əsasən, terrorla mübarizə komisiyasına bildirilib ki, Əli Əkbər Salehi 13 yanvar 2010-cu il tarixindən sözügedən "qara siyahı"dan çıxarılıb. Hadisədən dərhal sonra yunan tərəfinin İran nümayəndələrindən üzr istədiyi bildirilir.

В этом разделе