«Əl-Qaida» terror şəbəkəsinin Yəmən qanadına yeni lider təyin olunub.
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı vətəndaşı olan şəxsin bu posta təyinatı «Əl-Ərəbiyyə» telekanalı ilə yayımlanıb. Onun heç zaman həbsdə olmadığı və ABŞ-ın Quantanamo həbsxanasında yatmadığı xüsusi vurğulanır.
Xatırladaq ki, terror təşkilatının Yəmən qanadının lideri ötən ilin dekabrı və bu ilin yanvarında keçirilən xüsusi əməliyyatlar zamanı həlak olub.
Milli.Az