“Təkamül” Tərcümə Mərkəzinin direktoru Hacı Ceyhun Cəfərov: “Dəyərli İslam alimi Əllamə Təbatəbainin dünya şöhrətli əsəri Azərbaycanda ilk dəfə işıq üzü görəcək, kitab “Təkamül” Tərcümə Mərkəzində tərcümə, redaktə olunub, çapa hazırlanıb, “Qələm” Nəşriyyatı tərəfindən çap edilir”
“Əl-Mizan” Qurani Kərimin tərtibli – ardıcıl təfsir kitabı 20 cilddən ibarətdir. Dünya şöhrətli əsərin müəllifi də dünya şöhrətli azərbaycanlı alim Seyyid Məhəmməd Hüseyn Təbətabayıdır. Təbrizli alimin şah əsəri hesab olunan kitab dünyanın bir çox dillərinə tərcümə olunub. Bu sözləri birlik.az saytına “Təkamül” Tərcümə Mərkzinin direktoru Hacı Ceyhun Cəfərov bildirib. O əlavə edib: “Hardasa 2004-cü ildən bu kitabın üstündə işləyirik. Bu təfsirin özəlliyi ondan ibarətdir ki, ayənin ayə ilə təfsiridir. Tarixdə 3 belə Qurani Kərimin təfsiri olub. Ayələr yalnız elə Quran ayələri ilə təfsir olunur. Təfsirdə bundan əlavə hədis bəhsləri və fəlsəfi bəhslər də var. Təqribən bu kitabın 6 cildi tərcümə olunub və birinci cildi də 1 aya, uzağı may ayının sonuna qədər işıq üzü görəcəkdir. Və digər cildlər də tərcümə olunaraq geniş oxucu kütləsinə təqdim oluncaqadır. Bu iş Azərbaycanda demək olar ki, ilk böyük təfsir tərcüməsidir və mən elə başa düşürəm ki, bu iş həmçinin böyük oxucu kütləsi üçün bir tövhə olmaqla yanaşı İslam aləmində böyük bir xidmətdir. Dəyərli İslam alimi Əllamə Təbatəbainin dünya şöhrətli əsəri Azərbaycanda ilk dəfə işıq üzü görəcək, kitab “Təkamül” Tərcümə Mərkəzində tərcümə, redaktə olunub, çapa hazırlanıb, “Qələm” Nəşriyyatı tərəfindən çap edilir
Cavid Umudlu
BİRLİK İnformasiya Agentliyi (www.birlik.az, www.birlik.ws)