Ekvador Bəşər Əsədə sığınacaq verə biləcəyini açıqlayıb

Ekvador prezidenti Rafael Korrea Suriya prezidenti Bəşər Əsədə və ailəsinə sığınacaq verə biləcəyini bəyan edib

APA-nın məlumatına görə, Ekvador rəhbəri bildirib ki, belə bir müraciət olsa, Ekvador hökuməti bu müraciəti nəzərdən keçirə bilər: “Bəşər Əsədə sığınacaq verilməsi barədə məsələ hələ müzakirə olunmayıb. Ekvadora müraciət edən hər kəsin insan haqlarına hörmətlə yanaşırıq”.

Qeyd edək ki, Ekvador bundan əvvəl “Wikileaks”in yaradıcısı Culian Assanja da öz Böyük Britaniyadakı səfirliyində sığınacaq verib.

В этом разделе