Əfqanıstanda silahlı toqquşma və terror aktında ölənlərin sayı artıb

İslam-Azeri-nin istinadlı xəbərinə görə bu gün Əfqanıstanın Qandahar bölgəsində bir avtomobilə quraşdırılmış partlayıcı maddənin işə düşməsindən sonra 3 nəfər döyüşçü şura binasına girdikdən sonra silahlı toqquşma baş verib. Polis 2 silahlını öldürdükdən sonra üçüncü silahlı olay yerindən qaçıb.

Lakin geri qayıdan silahlı üzərindəki partlayıcı qurğunu işə salıb.

Partlayış və silahlı toqquşma zamanı ölənlərin sayı əvvəl 6 olduğu bildirilsədə hal hazırda verilən məlumata görə ölənlərin sayı 14-ə çatıb.


İslam-Azeri.az


В этом разделе