Əfqanıstanda narkotik qəbul edərək dinc insanları qətlə yetirmiş hərbçilər barədə araşdırmalar başlayır

Amerika hərbi komandanlığı Əfqansıtanda ən azı üç dinc əfqanıstanlını öldürməkdə təqsirli bilinən ABŞ hərbçiləri barədə istintaqa başlayıb, – Lenta.ru xəbər verir.

Hərbçilər həmçinin narkotik maddələrdən istifadə etməkdə, fiziki işgəncələr tətbiq etməkdə və cinayətkarlarla əlbir olmaqda ittiham olunurlar. İstintaqa cəlb olunan hərbçilərin sayının neçə nəfər olduğu bildirilmir. Hazırda bir hərbçinin saxlanıldığı bildirilir.

/Deyerler.org/

В этом разделе