Bu barədə “İTAR-TASS” agentliyi məlumat yayıb
Agentliyin məlumatına görə, dünən gecə Vardaq vilayətində Əfqanıstan ordusunun əsgərləri ilə NATO qüvvələri arasında silahlı toqquşma baş verib. Əfqanıstan hökumətinin nümayəndələri ordu arasında şiddətli atışmanın baş verdiyini təsdiqləyiblər. NATO qırıcılarının Əfqanısan ordusunun blok-postuna aviazərbələr endirməsi nəticəsində 4 əfqan əsgərinin öldüyü bildirilir. İnsident zamanı NATO əsgərləri arasında nə qədər itki olduğuna dair heç bir məlumat verilmir.
Alyansın Əfqanıstandakı nümayndəliyi baş verən insidenti təsdiqləyərək, bununla bağlı araşdırmaların davam etdiyini deyib.
/islamnews/
/AzeriMuslims/