20 ildən sonra dünyada müsəlmanların sayının 35% artaraq 2,2 mlrd. nəfərə çatacağını proqnozlaşdırır
«APA-ECONOMICS»in məlumatına görə, din və onun cəmiyyətə təsiri ilə bağlı məsəslələri araşdıran ABŞ-ın «Pew Forum» tədqiqat mərkəzinin hazırladığı hesabatda qeyd olunur ki, müsəlmanların sayının artması onların doqum səviyəisəinin yüksək olması, həmçinin müsəlmanlar arasında 30 yaşadək olan yaş qrupunun böyük üstünlük təşkil etməsi ilə əlaqədardır.
Hesabatda o da qeyd olunub ki, 2030-cu ildə dünya əhalisinin sayı 20,3% artaraq hazırkı 6,9 mlrd. nəfərdən 8,3 mlrd. nəfərədək artacaq, bunun da 36,4%-ni müsəlmanlar təşkil edəcək. Bununla yanaşı, 20 ildən sonra Pakistanın İndoneziyanı arxada qoyaraq müsəlmanların ən sıx yaşadığı ölkəyə çevriləcəyi proqnozlaşdırılır.
2030-cu ildə hər 10 müsəlmandan 6-sının Asiya və Okeaniya regionlarında yaşayacağı gözlənilir. ABŞ-da 20 ildən sonra müsəlmanların sayı 2 dəfədən çox artaraq 6,2 mln. nəfərə çatacaq, Əfqanıstanda isə bu say təxminən 2 dəfə artacaq ki, bu da Əfqanıstanı müsəlmanların ən çox yaşadığı ölkələr sırasında 9-cu edəcək.
Qeyd edək ki, hazırda dünya əhalisinin 23,4%-ni (1,6 mlrd. nəfəri) müsəlmanlar təşkil edir.