İslam bankçılıq prinsipi ilə çalışan maliyyə qurumlarının aktivləri 2010-ci ildə artacaq. Bu barədə məlumat verən İslam İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının prezidenti Mabid Əli əl-Cəhri qeyd edib ki, 2020-ci ildə bunun 80 faiz artacağı gözlənilir. Onun sözlərinə görə, 2010-cu ildə dünyada İslam bankçılığı prinsipləri ilə fəaliyyət göstərən maliyyə təşkilatlarının aktivlərinin 2008-ci ilin yekun göstəricisi ilə müqayisədə 30 faiz, 2012-ci ildə 50 faiz, 2015-ci ildə 75 faiz, 2020-ci ilədək isə 80 faiz artacağı gözlənilir.
Qeyd edək ki. İslam bankçılıq prinsipinə görə, cəlb olunan vəsait birgə mülkiyyət formasında maliyyələşdirilir.
Hazırda İslam banklarının məcmu aktivləri 1,3 milyard dollara yaxınlaşır. “Əgər klassik bankçılıqda depozitor-bank arasında və bank-borcalan arasında münasibətlər faiz əsasında qurulursa, İslam bankçılığında faiz anlayışı olmadığından münasibətlər mənfəətin bölüşdürülməsi əsasında qurulur. Depozitorlar İslam bankına vəsaiti faizli depozit kimi deyil, investisiya kimi yönəldir və ya digər alət üzrə idarəetməyə verir. Bu halda depozitorlar partnyor və ya səhmdara çevrilir və investisiyalar üzrə bankla bərabər riskləri bölüşürlər. Cəlb olunan vəsaitlər isə birgə mülkiyyət formasında maliyyələşdirmədə iştirak edir. Prinsiplər həm vəsaitlərin cəlb edilməsi, həm idarəedilməsi, həm də mənfəətin bölüşdürülməsi mexanizmlərinə görə fərqlənir”, deyə əl-Cahri bildirib.
İslam bankçılığının üstünlüklərinə toxunan əl-Carhi cəlbetmə faizinin demək olar ki, sıfıra endirildiyini, aktivlərin dinamikliyi və sabitliyini qeyd edib.
ANS