Dünya mətbuatı İslam haqqında bu gün nə yazır?

BruDirect: Saytın verdiyi məlumata görə Bruneyin paytaxtı Bəndər-Səri-Bəqavan şəhərində yaşayan 20 yaşlı bir xanım İslamı qəbul edib.

O yeni ad kimi özünə Nurhafizə binti Məna adını götürüb. Rəsmi sənədlərdə adı və dininin dəyişilməsi təsdiqləndikdən sonra xanımın ailə üzviləri və dostları onu təbrik etmiş və hədiyyələr vermişlər. O ailəsinə onun seçiminə hörmət etdiyi üçün minnətdarlıq bildirdi. Xanımın dediyinə görə ailə üzvlərində artıq ikisi İslamı qəbul edib. O daha sonra əlavə etdi ki, İslamı qəbul etməkdə onun əsas köməkçiləri müsəlman dostları olub.

İnterneyşnl Nyus: Agentliyin verdiyi məlumata görə Fransa höküməti müsəlmanlara qarşı hicab qadağasını müzakirə edib. Bəzi hökümət nümayəndələri bunu qadın haqlarının məhdudlaşdırılması kimi qiymətləndirsələr də, digər nümayəndələr bir mənalı olaraq qadağanın tərəfdarı olmuşlar. Hökumətin nümayəndəsi İmmiqrasiya Naziri Erik Besson bildirdi ki, hicab qadağası ölkədə gərginliyə səbəb olacaq. Belə ki, Fransada beş milyon müsəlman evi var. Parlamentinin Kommunist üzvü Andre Gerin hicabı qadınlar üçün "həbsxana" kimi qiymətləndirib. Xəbərdə həmçinin bildirilir ki, 2004-cu ildən etibarən Fransada dövlət orqanlarına hicabla girmək qanunən qadağan edilib. Son müzakirələrinin də müsbət istiqamətdə nəticə vermədiyini bildirən Fransanın Müsəlman şurası bunu çox mənfi hal kimi qiymətləndirib. Şuranın dediyinə görə hicab qadağası müsəlmanların sıxışdırılmasından başqa bir şey deyil.

deyerler.org

В этом разделе