Dünya mətbuatı Azərbaycan əsgərindən yazdı

Tayvanın Nyus saytı: Assoşieyted Press xəbər agentliyinə istinadən verilən məlumata görə Azərbaycan əsgəri öz silahı ilə üç çavusu və bir əsgəri öldürüb.

 Hadisənin səbəbləri isə hələ məlum deyil. Xatırladaq ki, iki həftə əvvəl bir nəfər ölkənin ali təhsil müəssisələrindən birinə daxil olaraq 12 nəfəri qətlə yetirmiş və özünü öldürmüşdü.

Dünya Bülteni: Azərbaycanın Şəmkir əyalətində hərbi qulluqda olan əsgər Orxan Səfərov hərb yoldaşlarını silahdan atəş açaraq öldürüb. Azərbaycan müdafiə nazirliyinin mətbuat katibi Eldar Sabiroğlunun verdiyi məlumata görə hücum zamanı Taleh Hidayətov, Ravil Ataşov, Şəhriyar Həsənov dünyasını dəyişib.

Milliyət qəzeti: Azərbaycanın Şəmkir rayonunda hərbi xidmətdə olan Azərbaycan əsgəri əsgər yoldaşlarını qətlə yetirib. Ölkənin müdafiə nazirinin verdiyi məlumata əsasən ölənlər arasında 3 çavuş var. İki nəfərin isə yaralı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

“Dəyərlər”

В этом разделе