Diyarbəkir erməni kilsəsi ibadətə açılacaq

Diyarbəkirdə erməni kilsəsi

Erməni icması Van “Axtamar” kilsəsindən sonra Diyarbəkir “Surp Qriqor” kilsəsində də ayin keçirməyi planlaşdırır.

Artıq “Surp Qriqor” kilsəsi fondu tərəfindən restovrasiya olunan məbəddə ayin keçirilməsi üçün rəsmi müraciət də olunub.

anspress.com-un məlumatına görə 600 illik tarixi olan kilsədə 1978-ci ildən bəri ayin keçirilməyib. 2.5 milyon dollarlıq restovrasiya maliyyəti isə “Surp Qriqor” kilsəsi fonduna yerli ermənilərin ianələri sayəsində qarşılanacaq. Məlumata görə, restovrasiya işləri 2011-ci ildə başa çatacaq və məbəd xaç asılaraq ibadətə açılacaq.

Fondun sədri Təkin Pabuççuyan Diyarbəkir bələdiyyəsinin də layihəyə dəstək verəcəyini deyib.

В этом разделе