
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva çərşənbə axşamı Trend News-a bildirib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki türk məscidinin bağlanması ilə bağlı mətbuatda yayılan məlumatlar yalandır.
"Məscid bağlanmayıb və fəaliyyətini davam etdirir", - Əliyeva vurğulayıb.
Mətbuatda Mehdiabad qəsəbəsində fəaliyyət göstərən məscidin oktyabrın 17-də bağlanması barədə məlumatlar yayılıb.
Mehdiabad qəsəbəsin dini icmasının rəhbəri İsmayıl Süleymanov mətbuata məscidin bağlanması barədə məlumatı təsdiqləyib və bildirib ki, oktyabrın 17-də qəsəbə icra nümayəndəsindən onlara məscidin fəaliyyətinin dayandırılması tapşırılıb. "Həmin gündən məsciddə ibadətlər dayandırılıb. İcra nümayəndəliyindən bildirdilər ki, məsciddə təmir işləri aparılacaq. Buna görə də məscidin fəaliyyətini dayandırmağı tapşırdılar", - deyə dini icmanın rəhbəri bildirib.
Məscid 1999-cu ildə Türkiyə Diyanet Vakfi tərəfindən inşa edilib.