Dərbənddə məscid imamı,atası və qardaşı öldürülüb

İmam və qohumları sübh namazına gedərkən qətlə yetiriliblər.

Dərbənddə şəhər məscidinin birinin imamı Kalimulla İbrahimov, onun atası və qardaşı öldürülüb.

Bu barədə məlumatı Dağıstan hüquq mühafizə orqanlarındakı mənbə verib.

ANS PRESS-in "İtar-Tass"a istinadla verdiyi məlumata görə, iki naməlum şəxs saat 05:00 radələrində imam və qohumlarını sübh namazına gedərkən Aeroport şosesində atəş açıb. Hər üç şəxs hadisə yerində dünyasını dəyişib. Qətl hadisəsi imamın evinin yaxınlığında baş verib.

Qətli törədənlər "Lada Kalina" markalı maşınla gizlənə biliblər.

Hadisə araşdırılır.

В этом разделе