Dəniz Baykal da Barak Obama ilə görüşdən imtina edib

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalıdan sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal da ABŞ prezidenti Barak Obamanın görüş təklifini rədd edib.  APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, D. Baykal B. Obama ilə geniş tərkibdə görüşmək istəmədiyini deyib. O, yalnız təkbətək görüşə razı olduqlarını söyləyib. 
Qeyd edək ki, ABŞ tərəfi prezident B. Obamanın Türkiyə Böyük Millət Məclisində çıxış etməzdən əvvəl parlamentdəki müxalifət liderləri ilə birgə görüş keçirmək istədiyini rəsmi Ankaraya bildirib.


В этом разделе