İngilis siyasətçinin atdığı bu çirkin addımı İngiltərə hökuməti pisləyib
Böyük Britaniyada keçirilən son parlament seçkisində Cənubi Qallerdən namizəd olan Sion Ouensin Quranı yandırarkən çəkilmiş şəkilləri meydana çıxıb. Görüntüləri ələ keçirən “Observer” qəzetinin rəhbərliyi hər hansı bir təxribata yol verməmək üçün şəkilləri Cənubi Qaller polis idarəsinə verdiyini bildirib-ANS PRESS xəbər verir.
Qeyd edək ki, “Britaniya Milli Partiyası”nın (BNP) üzvü olan 40 yaşlı siyasətçi artıq polis tərəfindən saxlanılıb. İngiltərə Xarici İşlər Nazirliyi isə hadisəni kəskin pisləyib: “Hökumət olaraq Quran səhifələrinin yandırılmasını, ictimaiyyət arasında ayrı-seçkilik çıxaran bütün addımları pisləyirik”