"Müharibə başlasa Ermənistanın Azərbaycana dağıdıcı zərbə vuracağı şübhəsizdi"
Bu gülməli bəyanatı erməni general-mayor Ter-Tadevosyan verib. O, keçirdiyi mətbuat konfransında Minsk qrupunun fəaliyyətindən narazıçılığını bildirib: "Həmsədrlər Stepanakerti Xankəndi adlandıraraq Azərbaycanın önündə yaşıl işıq yandırırlar".
O bildirib ki, Azərbaycan prezidentinin müharibə bəyanatları sadəcə daxilə hesablanıb, hərb yolu mümkün görünmür: "Amma müharibə başlasa belə Ermənistanın Azərbaycana dağıdıcı zərbə vuracağı şübhəsizdir".
Görünür general-mayor bir neçə gün əvvəl erməni ordusunda baş verən rüsvayçılığa aydınlıq gətirmək əvəzinə, diqqəti Azərbaycana yönəltmək istəyir. Bu da başa düşüləndir. Çökmüş ordunun generalı başqa nədə təsəlli tapsın?!