Min illər bundan öncə Təkləməkan səhrasının qərb sərhədlərinin yaxınlığında, Böyük İpək yolunun şimal və cənub qovuşağında müsəlmanlar qədim Kaşqara şəhərini salıblar.
Qədim Kaşqara şəhəri Mərkəzi Asiyada müsəlmanlara məxsus ən qədim abidədir. Belə ki, yerli hökumətin planlarına əsasən, yaxın illər ərzində əksər əhalisi müsəlmanlar olan bu qədim və möhtəşəm şəhərin 85% tikilisi söküləcək və 13 min ailə buradan köçürüləcək, - İslam.ru xəbər verir.
Hakim dairələrin planlarına görə, həmin ərazidə guya çoxmənzilli evlər, ticarət mərkəzləri və qədim İslam memarlığı üslübünda tikililərlə “yeni Qədim şəhər” salınacaq. Hökumət qədim şəhərin dağıdılmasını Kaşqarın seysmik zonada yerləşməsi ilə əlaqələndirir.
Yeri gəlimşkən qeyd etmək lazımdır ki, rəsmi Pekin hər zaman Kaşqar şəhərinin ölkə müsəlmanlarının başlıca mənbəyi bilmiş və həmin şəhərə dəfələrlə təzyiqlər göstərmişdi. Maraqlısı budur ki, Kaşqar şəhəri hətta rəsmi olaraq “Böyük İpək yolu” abidələri siyahısına da salınmamışdı. Belə demək olar ki, artıq neçə onillərdir ki, şəhərdə yavaş-yavaş söküntü işləri aparılır. Buna baxmayaraq şəhər hələ də öz görkəmini saxlayır. Şəhərdəki qırxdan çox məsciddə hər gün minlərlə insan ibadət edir, əhali sənətkarlıq, əkinçilik və başqa işlərlə məşğul olur. "Dəyərlər" AİN