Çinin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilməsinə cəhd göstərilib
Bu gün saat 12:00-da Müsavat Partiyasının bir qrup üzvü Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi önündə piket keçirməyə cəhd edib. FaktXəbərin APA-ya istinadən verdiyi məlumata görə, aksiyada məqsəd Çinin Sincan-Uyğur muxtar rayonunda uyğurların qətliamına etiraz bildirmək olub. Piketin qarşısı Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb. Aksiya iştirakçılarından beş nəfər saxlanılıb.
Qeyd edək ki, bu gün saat 12:30-da Dünya Azərbaycanlıları Konqresi (DAK) Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi önünə qara çələng qoymağı planlaşdırmışdı. DAK-dan verilən məlumata görə, aksiya sabaha təxirə salınıb.
www.FaktXeber.com