Çin İrana 13 milyard dollarlıq sərmayə yatırır

Çin Xalq Respublikası

Bu pullar 5,3 min kilometrlik dəmiryolu şəbəkəsinin tikintisi üçün nəzərdə tutulur

Çin İranda dəmiryolu xətlərinin inşası üzrə layihələrə 13 milyard dollar ayırıb. ANS PRESS-in "Kommersant”a istinadən verdiyi xəbərə görə, iki ölkə arasında əldə edilən razılıq ümumilikdə 5,3 min km şaxələnən dəmiryolu şəbəkəsinin tikintisini nəzərdə tutub.

İran mətbuatının yazdığına görə, son illər Çin İranın iqtisadi tərəfdaşları arasında liderlik edir və inamlı şəkildə bu ölkəyə sərmayə yatırır.

Öz növbəsində İran Çinə neft tədarük edən əsas ölkələrdən hesab edilir. Son 15 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 50 dəfə artaraq, ötən ilin nəticələrinə əsasən təxminən 30 milyard dollar təşkil edib.

В этом разделе