Çeçenistanda baş nazir müavinin köməkçisi qətlə yetirilib. «Exo Moskvı» radiostansiyasının məlumatına görə, Musost Xutiyev Arqun şəhərində ticarət bazasında güllələnib. Onu başından güllələyən naməlum şəxs gizlənə bilib. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindən üç giliz və 9 mm kalibrli güllə tapıblar. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Xutiyev əvəllər Arqun şəhərinin administarsiya rəhbərinin müavini postunu tutub. Bu vəzifəyə o öz bölməsi ilə federal qüvvələr tərəfə keçəndən sonra təyin edilmişdi. Bu vaxta kimi isə Xutiyev Aslan Masxadovun qüvvələrinin şimal frontuna komandanlıq etmişdi. /ANS PRESS/