Bu şəhərə kişilər daxil olmayacaq

FaktXeber.com-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında yalnız qadınların yaşayacağı yeni şəhər inşa olunur.

Ölkə rəhbərliyi qadınların özlərini daha sərbəst hiss etmələri üçün, şəhərin inşasına start verib. Sənaye Nazirliyinin dəstəyi ilə inşa ediləcək şəhərdə 5 min qadının rahat hərəkət etməsi üçün şərait yaradılacaq.

Qeyd edək ki, ölkənin şərqində yerləşən Hafuf şəhərində 500 milyon riyala (104 milyon 700 min AZN) başa gələcək şəhərdə, qadınlar həm işləyə, həm də istirahət edə biləcək.

В этом разделе