Qurban bayramı müsəlmanların ən böyük bayramlarındandır.
Qurban bayramı müsəlmanların ən böyük bayramlarındandır. Qurban bayramı valideyn-övlad münasibətlərini, xalqa,Vətənə məhəbbəti, qəlblərdə Allah xofunu, insanların bir-birinə qayğısını gücləndirir.
Həzrət İbrahim (ə) Məkkə torpağında,müqəddəs Kəbədə dua edib qadir Allahdan oğul övlad istədi. Allah-taala duasını qəbul edib ona İsmayılı əta etdi. İsmayıl 13 yaşına çatanda Həzrət İbrahimi (ə) imtahana çəkilir: "Bir qəlbdə iki məhəbbət olmaz, ya İbrahim!- buyurur Allah -Ya İsmayıl olmalıdır,ya da Allah eşqi!"
Allah-taala Həzrət İbrahimə (ə) yuxu vasitəsi ilə oğlu İsmayılı onun yolunda qurban kəsməyi əmr edir.Həzrət İbrahim bu yuxunu zilhiccə (hicri-qəməri təqviminin 12-ci ayı) ayının 8-də görür. Yuxu təkrarlanır. Şeytan bu 13 yaşlı İsmayılda şübhələr yaratmaq üçün min bir fitnə-fəsada əl atır. Lakin İsmayıl aldanmır.İbrahim İsmaili qurban kəsmək istəyərkən Cəbraili Allah tərəfindən vəhy gətirir: "Sən öz yuxunu doğrultdun,ya İbrahim! Elə bil İsmayili Allah yolunda qurban kəsdin.Daha kifayətdir,indi buyur,Allahın əmri ilə göndərilən bu qoçu qurban kəs,borcunu yerinə yetir!"
İndi bütün dünya müsəlmanları eyni gündə Məkkədə- Mina dağında,müxtəlif ölkələrdə həmin mərasimi icra edirlər. Fəqir-füqəranın qarnını doyurur,hətta bir neçe müddət o qurbanlıq yoxsulların,kimsəsizlərin ruzusu olur.
Qurban bayramı gününün əməlləri:1.Sübh tezdən qüsl etmək və qüsldən sonra təkbir demək; 2.Qurban bayramı namazını qılmaq üçün məscidə getmək və yolda gedərkən təsbih demək: "Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər"; 3.Qurban bayramı namazını açıq havada, quru və döşənməmiş yerdə qılmaq; 4.Qurban namazından sonra "Nüdbə" duası oxumaq; 5.Vacib namazlardan sonra bu zikri oxumaq: "Əllahu əkbər, Əllahu Əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbər, və lillahil həmd, vəllahu əkbər, əla ma hədana, Əllahu əkbər əla ma rəzəqna min bəhimətil ən`am, vəl həmdu lillahi əla ma əblana"; 6.Sağlam bir heyvanı qurban kəsmək. /haqqyolu/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014