Bu gün Aİ İrana qarşı neft sanksiyalarını müzakirə edəcək

Brüsseldə təşkilatın xarici işlər nazirlərinin görüşü olacaq

Avropa Birliyinin xarici işlər nazirləri bu gün Brüsseldə bir araya gələrək İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə edəcəklər. Ötən ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətinə dair hesabatı, İranın nüvə ambisiyalarından dolayı artan narahatlıq, İranın yeni ildə raket sınaqları və Tehranın Hörmüz boğazını bağlamaq hədələri İrana qarşı sanksiyaların sərtləşdirilməsi üçün əsas verib- "anspress" "euronews"a istinadən xəbər verir.

Gözlənilir ki, Avropa Birliyi İran neftinin idxalına qadağa qoyacaq, eləcə də İranın mərkəzi bankının fəaliyyətinə və qızıl ticarətinə nəzarət məqsədilə əlavə tədbirlər görəcək.

Xatırladaq ki, İrana qarşı analoji sanksiyaları ötən ay Amerika Birləşmiş Ştatları tətbiq edib və müttəfiq ölkələri də bu nümunəyə əməl etməyə və İrana qarşı təzyiqləri artırmağa çağırıb.

В этом разделе