Bu gecə Ay görünmədi

Məlumatlara görə, Ayın görünməsi mümkün olmayıb

Sabah bir çox ölkələrdə Fitr bayramının olması elan olunsa da demək olar ki, heç birində Ayın görünməsi baş tutmayıb. 313news.net-in "moonsighting.com" saytına istinadlı xəbərinə görə, dünyadakı müşahidə qruplarından daxil olan məlumat bunu deməyə əsas verir. Belə ki, daxil olan məlumatlara görə, Avstraliya, Çin, Fransa, Hindistan, Yeni Zellandiya kimi ölkələrdə müşahidə aparılsa da Ayın görünməsi mümkün olmayıb. CAR-dan daxil olan məlumatlarda isə deyilir ki, müşahidə üçün optik cihazlardan istifadə edilsə də hilal görünməyib. Ona görə də Fitr bayramı avqustun 31-nə təyin edilib.

Türkiyədə də sabah bayram olması elan edilsə də hilal görünməyib. İndoneziyada aparılan müşahidələr də nəticə verməyib və bayram avqustun 31-nə elan olunub.

В этом разделе