Braziliya Elm Naziri Sergio Rezende, İranın elm və texnologiya sahəsində böyük müvəffəqiyyətlər əldə etdiyini və Braziliyalı elm adamlarının bu müvəffəqiyyətlərin qarşısında heyran qaldıqlarını ifadə edib.
İran ilə Braziliya arasında elmi və texnoloji əməkdaşlıq protokolunun imzalandığı mərasim zalında jurnalistlərlə danışan Braziliya elm naziri Sergio Rezende keçən yanvar ayında İranı ziyarət etdiklərini bildirib.
Braziliyalı nazir, ziyarətin sonunda onunla birgə olan braziliyalı elm adamları ilə bir-bir görüşdüyünü, braziliyalı elm adamlarının hamısının İranın elmi irəliləyişlərinə heyran qaldıqlarını ifadə etdiklərini vurğulayıb.