İsra.az internet qəzetinin İSRAHABER-ə istinadən verdiyi xəbərə əsasən Braziliya prezidenti Luiz Inacio Lula, İran, Həmas və Hizbullahın olmayacağı bir Yaxın şərq barışının alınmayacağını söylədi.
Həftəlik radio danışmasında Lula “İran, Hizbullah və Həmasın olmadığı bir barışın reallaşması mümkün deyildi. Hər kəs Yaxın şərq barışından danışır. Lakin heçkimsə hərəkət etmir” dedi.
Lula, danışmasının davamında, özündən istənilməsi halında, Yaxın şərq barışı üçün aktiv rol boynuna götürməyə hazır olduğunu qeyd etdi.