Bosniyada 1995-ci ildə qətlə yetirilmiş müsəlmanların xatirəsinə yürüş keçirilib

Bosniyada 3500-dən artıq adam 1995-ci ildə Serebrenika şəhərində qətlə yetirilmiş 8000-dən artıq Bosniya müsəlmanlarının xatirəsini yad etmək məqsədilə Nezukdan Srebrenika şəhərinə qədər yürüş ediblər
Yürüşlərin iyulun 11-də başa çatacağı gözlənilir. Nümayişçilər 3 gün ərzində 110 kilometr məsafə qət edəcəklər. 
Qeyd edək ki, 14 il əvvəl Bosniyada baş vermiş kütləvi qırğın ikinci dünya müharibəsindən etibarən qeydə alınmış ən dəhşətli faciədir. 

Bu arada Nezuk kəndi yaxındığında mütəxəssislər 1995-ci ildə kütləvi şəkildə öldürülmüş Bosniya müsəlmanlarının qəbirstanlığını aşkar edib. 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 16 aprel 1993-cü ildə qəbul etdiyi qətnaməyə əsasən Srebrenika mühafizə edilən və silahlardan azad zona elan edilib və orada BMT-nin təhlükəsizlik qüvvələri yerləşdirilib. Buna baxmayaraq, 1995-ci ildə general Ratko Mladiçin rəhbərliyi ilə serb qüvvələri Srebrenika şəhərinə daxil olaraq əhalini kütləvi şəkildə qətlə yetirib. 

2007-ci ildə Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Srebrenikada törədilmiş cinayəti soyqırım elan edib.


ANS TV


В этом разделе