
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu regionda ən güclüdür və ən böyük hərbi potensiala malikdir.
"Çünki ölkəmiz müharibə şəraitində yaşayır, Dağlıq Qarabağ münaqişəsi hələ ki, həll olunmayıb, bunun yeganə səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. İndi Ermənistan danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir. Azərbaycan isə öz prinsipial mövqeyindən geri çəkilmək fikrində deyildir", - dövlət başçısı əlavə edib.
İlham Əliyev çıxışında deyib ki, bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırıb.
"Azərbaycanın bölgədə və dünyada artan rolu Ermənistana təcrid vəziyyətindən çıxmağa heç vaxt imkan verməyəcək. Bu vəziyyətin yaranmasının əsl günahkarı Ermənistan rəhbərliyinin özüdür. Azərbaycan isə öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaqdır. Çünki bu mübarizə haqq-ədalət mübarizəsidir", - dövlət başçısı vurğulayıb. /trend/