BMT baş katibi Pan Qi Mun İranı nüvə fəaliiyyətləri barədə Qərb dövlətləri ilə danışıqları bərpa etməyə çağırıb
Tehran atom proqramının dinc mahiyyət daşıdığına təkid edir.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Pan Qi Mun deyib ki, İranın bunu təsdiq etmək barədə öhdəliyi var.
BMT rəhbərinin sözlərinə görə, bu böhrana son qoymağın yeganə yolu danışıqlardan keçir. O, Təhlükəsizlik Şurasının İranın nüvə proqramının dinc mahiyyət daşıdığını sübut etmək barədə qətnaməsinin olduğunu deyib və Tehranı bu qətnaməyə riayət etməyə çağırıb.