 
"Biz İsraili bütün bu kimi qanunsuz əməllərdən daşınmağa çağırırıq"
BMT Baş Assambleyası Fələstini müşahidəçi dövlət kimi tanınmasından sonra İsrail ilə əlaqədar bir sıra tələblər irəli sürüb. Belə ki,İsrail Yerusəlimi paytaxt elan edə bilməz, 1967-ci ildə işğal edilmiş Holan yüksəkliklərini azad etməlidir və Fələstinliə sülh danışıqlarına başlamalıdır.
BMT Baş Assambleyasının bu tələbləri tövsiyə  xarakterlidir və icrası məcburi sayılmır. Lakin bu tələblərdə beynəlxalq  ictimaiyyətin Fələstin məsələsinə münasibət öz əksini tapıb.
 
“RİA  Novosti“ agentliyi bildirir ki, qətnamədə deyilir ki, işğalçı İsrail  tərəfindən müqəddəs Yerusəlim şəhərində öz qanunların diktə etmək hüquqi  və idarəçilik baxımından qanunsuzdur,heç bir əsasa söykənmir. Ona görə  də heç bir hüquqi gücü yoxdur. Biz İsraili bütün bu kimi qanunsuz  əməllərdən daşınmağa çağırırıq. /Yeni Musavat/