"BMT İsrailə xidmət edir"

İslam-Azerinin Faktxebere istinadlı xəbərinə görə, Livan Hizbullahı təşkilatı Pan Qi Munun sionist İsrailə xidmət etdiyini önə çəkib.

BMT-nin baş katibi Pan Qi Munun son açıqlamasına reaksiya verən Livan Hizbullah təşkilatı, baş katibin bu təşkilatı İsrailin təhlükəsizliyi üçün xodmət etdiyini bildirib.

Hizbullah rəsmisi Həsən Fəzlullah, BMT-nin hətta bu təşkilata sığınan qaçqınları belə qorumaqda aciz olduğunu və əsas vəzifəsi olan beynəlxalq sülhü və təhlükəsizliyi də təmin edə bilmədiyini deyib.

Hizbullah rəsmisi BMT və baş katibin sionist İsrailin xüsusilə Qəzza müharibəsi əsnasında işlətdiyi cinayətlər başda olmaqla bütün cinayətlərinə qarşı ciddi münasibət bildirmədiyini xatırladaraq, BMT-nin İsrail təhlükəsizliyi üçün xidmət etdiyini vurğulayıb.

İslam-Azeri.az


В этом разделе