BMT İranla bağlı gizli sənədləri açıqlayacaq

İslam Respublikasının nüvə silahı hazırlamaq niyyətində olduğu iddia edilir

Gələn həftə BMT-yə bağlı olan Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEK) İranla bağlı gizli sənədləri aşkara çıxaracaq. 313news.net "timeturk"ə istinadən xəbər verir ki, sənədlərdə nüvə başlıqlarının kompyuter modelləri hazırlandığı iddia edilir.

"Accociated press" agentliyinə danışan mütəxəsislər bildiriblər ki, təqdim ediləcək sənədlərdə peykdən çəkilmiş fotolar da var. Qeyd edilir ki, həmin fotolarda sınaq partlayışları üçün istifadə olunan böyük bir polad konteyner də görünür. Ehtimal ki, həmin konteynerlər sınaqlar üçün istifadə edilir.

 

В этом разделе