BMT: "İqlim dəyişikliyi 200 milyon insanı evindən didərgin salacaq"

Birləşmiş Millətlər Təşkilatının iqlim konfransında iştirak edən mütəxəssislər hər kəsi təəccübləndirən məlumatlar veriblər, - "Dünya Bültüni" saytı məlumat verir.

BMT rəsmiləri və beynəlxalq araşdırmaçılar iqlim dəyişikləri ilə bağlı şok məlumatlar veriblər. Belə ki, şərait deməyə əsas verir ki, iqlim dəyişiklikləri belə gedərsə bəzi bölgələrdə yaşayan insanlar evlərini tərk etmək məcburiyyətində qalacaqlar.

Almaniyanın Bonn şəhərində keçirilən BMT-in iqlim konfransında beynəlxalq ekspertlər bildirib ki, 2050-ci ilə qədər 200 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalacaq.

Bu rəqəm Almaiya əhalisinin 2.5 dəfə çoxdur. Konfrans vaxtı BMT rəsmiləri bildiriblər ki, hal-hazırda insanların evlərini tərk etmə səbəblərindən ən əsası iqlimlə bağlıdır və bu problem günü-gündən artmaqdadır. "Dəyərlər" AİN


В этом разделе