BMT-in Suriya planı: Sülhməramlı qüvvələr

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Əhzər İbrahimi Suriya probleminin həlli üçün yeni bir layihə hazırlayır.

İslamazeri.az-ın "Rast" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İbrahimi, problemi həll etmək üçün Suriyaya 3000 sülhməramlı göndərməyi planlaşdırır.

“Sunday Telegraph”ın xəbərinə görə, İbrahimi, Suriyada Avropa ölkələrinin bu layihədə iştirakını nəzərdən keçirir. Türkiyə səfəri zamanı hazırlanan plan üçün İbrahiminin, İsrailin Livan sərhədində “təhlükəsizliyi təmin edən” 15 min hərbçidən ibarət olan BMT sülhməramlı qüvvlərinə dəstək verən ölkələrin yoxladığı deyilir.

İddiaya görə, Türkiyə və Ərəb ölkələri tərəfsiz qəbul edilmədikləri üçün bu sıraya qoşula bilməyəcəklər.

Əsas hissəsi hazır olan layihədə hansı ölkələrin iştirak edəcəyi hələ müəyyən edilməyib. İbrahimi, BMT sülhməramlıları layihəsinə qatılan ölkələrin bu proyektdə iştirak etməsini istəyir. ABŞ və İngiltərə əsgərləri, İraq və Əfqanıstan döyüşlərində olduqları üçün bu qüvvələrin sıralarına qatıla bilməyəcəklər.

Amma sülhməramlılara qoşulacaq ölkələrin bəzilərinin adları məlumdur. Bunların sırasında İrlandiya, Almaniya, Fransa, İspaniya, və İtaliya var.

В этом разделе