Bizə hörmət edin- Sarkozi

Fransa prezidenti Nikola Sarkozi Fransa Məclisində qəbul edilən qanun layihəsindən sonra ilk dəfə açıqlama verib

SalamNews-un "Sabah"a istinadla verdiyi xəbərə görə, Sarkozi Türkiyəni fikirlərə qarşılıqlı hörmət göstərməyə çağırıb.

O, həm Fransa parlamentinin, həm də Türkiyənin mövqeyinə qarşılıqlı hörmət göstərilməsini istəyib: “Mən türk dostlarımızın mövqeyinə hörmət edirəm. Türkiyə çox böyük ölkə və çox böyük bir mədəniyyətdir. Onlar da bizim mövqeyimizə hörmətlə yanaşmalıdırlar”.

N.Sarkozi bu açıqlamanı Çex Respublikasının eks prezidenti Vatclav Qavelin dəfn mərasimində verib.

В этом разделе