Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu deyib.
Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu deyib.
Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri cümə günü mətbuat konfransında deyib ki, Azərbaycanda xristian dininə itaət edən vətəndaşlar bu ölkədə özlərini rahat hiss edirlər. Bunun üçün Azərbaycanda kilsələr fəaliyyət göstəriri, "Dini etiqad azadlığı haqqında" qanun qəbul olunub və digər dinlərin nümayəndələri ilə mehriban münasibətlər yaradılıb.
O əlavə edib ki, rus pravoslav kilsəsi də xarqlar arasında dostluğun inkişafı və Azərbaycanda sosial-siyasi stabilliyin qorunması üçün töhvə verib.
Onun sözlərinə görə, Azərbaycanda üç provaslav kilsəsi fəaliyyət göstərir. "Lakin bu azdır və biz əlavə kilsələrin tikilməsi barədə məsələ qaldırmışıq", - Aleksandr belə deyib.
"Rus provaslav kilsəsi Azərbaycan rəhbərliyini dəstəkləyir və müstəqil həyatında xalqa uğurlar arzulayır. Keçən əsrin 90-cı illərində Azərbaycandakı provaslav kilsəsi üçün çətin dönəmlər idi. Azərbaycan yüksək səviyyəli tolerantlığı ilə seçilir. Müsəlmanlar və yerli azərbaycanlılar həmişə bizi dəstəkləyiblər", - Bakı-Xəzəryanı yeparxiyasının rəhbəri Aleksandr belə deyib. /trend/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014