Bin Ladenin övladlarına vəsiyyəti üzə çıxıb

“Əl Qaidə” lideri onlara sözügedən təşkilata üzv olmamağı məsləhət görüb

Üsamə Bin Ladenin öz uşaqlarına vəsiyyəti üzə çıxıb. Məlum olub ki, dünyanı terrorla hədələyən “Əl Qaidə” lideri övladlarına sözügedən təşkilata üzv olmamağı məsləhət görüb. Böyük Britaniyanın “Guardian” qəzetində yer alan bu vəsiyyətin mətnində Bin Laden övladlarına ümumiyyətlə cəbhəyə getməməyi tövsiyyə edib. Həyat yoldaşına isə yenidən ərə getməməyi vəsiyyət edən Bin Laden özünün də yaxın adamları tərəfindən xaincəsinə qətlə yetiriləcəyini qabağcadan bilib-ANS PRESS xəbər verir.

Vəsiyyət məktubunda “Əl Qaidə” lideri törətdiyi terror hadisələrinin siyahısını xatırlayır. Burada 1983-cü ildən bu yana həyata keçirilən terror aktları öz əksini tapıb. Bin Laden cihadla məşğul olduğuna görə öz övladlarına kifayət qədər vaxt ayıra bilmədiyi üçün təəssüf hissi keçirdiyini yazıb. Vəsiyyətin hələ 2001-ci il 14 dekabr tarixində yazıldığı deyilir.

Qeyd edək ki, vəsiyyətin mətni Küveytin “Əl Anba” qəzetinin əlinə keçib.

В этом разделе