Bin Ladenin meyitinin ilk görüntüləri – FOTO

Onunla bərabər oğlu da öldürülüb

Pakistan telekanalları ABŞ əsgərlərinin səhərə yaxın öldürdüyü “Əl Qaidə” lideri Üməma Bin Ladenin cəsədini göstərib. Görüntülərdə onu üzünün bir hissəsinin parçalandığı görünür. Birləşmiş Ştatlar nümayəndələri isə “Əl Qaidə” liderinin cəsədinin İslam ənənələrinə uyğun şəkildə saxlanıldığını bildiriblər.

Milli.Az «İTAR-TASS»a istinadən xəbər verir ki, Bin Ladenlə yanaşı, onun böyük oğlanlarından biri də öldürülüb. «Əl-Qaida» liderinin 19 oğlundan hansının öldürüldüyü açıqlanmır.
Əməliyyat zamanı 2 kuryer və bir qadın da məhv edilib.

Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, Bin Ladenin öldürüldüyünü Pakistanın xüsusi xidmət orqanları da təsdiqləyib.
«Əl-Qaida» liderinin məhvi ABŞ-ın sabiq prezidenti Corc Buşu xüsusi sevindirib. O, Obamanı «dünyanın 1 nömrəli terrorçusu»nun məhvi münasibətilə təbrik edib.

CNN telekanalı isə Bin Ladenin məhvilə bağlı bir təfərrüatı açıqlayıb. Məlumata görə, o, başından güllə ilə vurulub.
Bu arada ABŞ administrasiyasındakı mənbə Bin Ladenin dəfninin islam qaydalarına uyğun həyata keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.

В этом разделе