ABŞ dövlət katibi Hillari Klinton Rusiyaya xəbərdarlıq edib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, H. Klinton bu gün keçirdiyi brifinqdə bildirib ki, Bəşər Əsədi dəstəkləmək Rusiya üçün yaxşı nəticələnməyəcək: “Biz hesab edirik ki, Suriyadakı hadisələr vətəndaş müharibəsinə aparır. İndi o zamandır ki, bütün beynəlxalq ictimaiyyət, Rusiya da daxil olmaqla BMT-nin TŞ-nin bütün üzvləri Bəşər Əsədə müraciət etməli və ondan dinc əhaliyə qarşı güc tətbiq etməyi dayandırmağı və Annan palanının yerinə yetirməyi tələb etməlidirlər. Hesab edirik ki, bu bütün tərəflərin, hər şeydən öncə Suriya xalqının marağını təmin edir. Rusiya tərəfi sülhün və stabilliyi bərpa etmək istədiyini bildirir və regionda maraqlarının qorunub saxlanmasını istəyir. Rusiya bununla hər şeyi riskə atır”.
ABŞ dövlət katibi Rusiyanın Suriyaya silah göndərməyi dayandırmağa çağırıb.