Bəşər Əsəd tərəfdarları Moskva küçələrinə çıxdılar

Rusiyada Suriyaya dəstək aksiyası keçirilib

Suriya hökumətini dəstəkləyən Rusiyanın dünən gözlənilmədən BMT-nin Təhlükəsizlik Şurasına Suriyaya dair qətnamə layihəsi təklif etməsi paytaxt Moskvada Bəşər Əsəd tərəfdarlarının küçələrə çıxmasına səbəb olub. Moskvadakı Suriya diasporu və sol-yönümlü təşkilatların birgə təşəbbüsü ilə "1905-ci il" Meydanında keçirilən aksiyada 300-dək adam iştirak edib- "anspress" İHA-ya istinadən xəbər verir.

Bəşər Əsədə dəstək nümayişinin iştirakçıları nəhəng Rusiya və Suriya bayraqları qaldırıblar. Nümayişçilər "Təşəkkürlər Rusiya" şüarı səsləndirərək, Rusiyanın Suriyanı dəstəkləməyə davam etməsini tələb ediblər. Aksiya fəalları dünya ictimaiyyətini Suriyanın daxili işlərinə qarışmamağa çağırıblar.

В этом разделе