Berluskoni İslama hörmtəsizlik etdiyi üçün məhkəməyə çağrıla bilər

İtalyada yaşayan Suriya əsilli bir müsəlman bu ölkənin baş naziri Silvio Berluskonidən İslam və müsəlmanlara qarşı təhqiredici ifadələr işlətdiyi üçün məhkəməyə şikayət edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İtalyada yaşayan Suriya əsilli bir müsəlman bu ölkənin baş naziri Silvio Berluskonidən İslam və müsəlmanlara qarşı təhqiredici ifadələr işlətdiyi üçün məhkəməyə şikayət edib

 “Hespress” saytı bu barədə yazır: İtalyada yaşayan Suriya əsilli Riyaz Xəvatəmi öz şikayət ərizəsində bildirib ki, Berluskoni Milan şəhər seçki kompaniyasında İslam və Müsəlmanlara qarşı təhqir amiz ifadələr işlətdiyi üçün ondan İtalya məhkəməsinə şikayət edib.

O öz şikayətində bildirib ki, Berluskoninin təhqir edici sözlərinin qarşısında sükut etmək mümkin deyil və Berluskoni öz seçicilərinin səsini toplamaq üçün İtalya qanunlarına zidd addım ataraq İslam dininə qarşı nifət və düşmənçilik mövqeyi nümayiş etdirib. Buna görə də məhkəmə qarşısında cavab verməlidir.

Xəvatəmi eyni şikayət ərzisədi ilə Kanada və ABŞ məhkəmələrinə də müraciət edib. ABŞ və Kanda qanunlarına əsasən də dünyanın hər bir yerində hər hansı bir din şəxs və ya şəxslər tərəfindən təhqir olunarsa həmin şəxslər cəzalandırılmalıdır.

Qeyd edək ki, Berluskoni Milan şəhərində keçirilən sonuncu seçkilərdə solçu Pisapia partiyasının nümayəndəsinə qarşı kampaniyada öz çıxışında demişdi ki, " Pisapia partiyası qələbə qazanarsa Milan şəhəri islami bir şəhərə çevriləcək". Berluskoninin bu çıxışı İtalya müsəlmanlarının etirazına səbəb olub və bir çox ifratçı quruplar İtalyada İslam və müsəlmanlara zidd fəaliyyətlərini artırıblar.

 

В этом разделе