Berluskoni də gedir?

İtaliya Baş naziri Silvio Berluskoninin hökümət koalisiyasındakı əsas partnyoru onu istefaya getməyə çağırıb

Bu çağırış mühüm əhəmiyyət kəsb edən büdcə səsverməsindən bir qədər qalmış səslənib.

İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, İtaliyanın "Şimal Liqası" nümayəndəsi Umberto Bossi deyib ki, Silvio Berluskoni getməli, yerinə isə keçmiş Ədliyyə naziri Angelino Alfano gəlməlidir.

C-b Berluskoninin arxalandığı parlament çoxluğu səsvermə keçirilməzdən əvvəl "əriməyə" başlayıb.

Parlament çoxluğuna mənsub olan bir neçə deputat Baş nazirin mövgeyi ilə razı olmadıqlarını bildiriblər. Son anadək Baş nazir Berluskoni istefa verməyəcəyini və hökümətə başçılıq etmək üçün kifayət qədər dəstəyə malik olduğunu təkid edirdi. Lakin Umberto Bossinin açıqlaması vəziyyətin dəyişə biləcəyindən xəbər verir.

"Biz Baş nazirdən istefa verməyi xahiş etdik", Umberto Bossi parlament kuluarlarındareportyorlara deyib . O, bu sözləri çətin vəziyyətə düşmüş Baş nazir ilə görüşündən sonra deyib.

В этом разделе