Türkmənistan hökumətinin bu qərarına səbəb “donuz qripi”nin sürətlə yayılması olub.
Türkmənistan zəvvarları bu il Həccə gedə bilməyəcək. Onlar zəvvarlıq missiyalarını Türkmənistan ərazisindəki müqəddəs yerləri ziyarət etməklə həyata keçirəcək. Bu barədə məlumat Türkmənistan prezidenti yanında dini işlər üzrə Şuradakı mənbədən verilib. Qeyd edək ki, Qurban bayramı da həmin yerlərdə həyata keçiriləcək.
Türkmənistan hökumətinin bu qərarına səbəb “donuz qripi”nin sürətlə yayılması olub. Belə ki, dövlət “A/ H1N1” virusunun ölkədə yayılacağından ehtiyat edir. Qeyd edək ki, adıçəkilən xəstəlik dünyanın əksər ölkələrində yayılsa da, Türkmənistanda hələlik bu virusa rast gəlinməyib.