Ben Ladendən mesaj: "Öldürürsünüzsə, öldürüləcəksiniz!"

Üsamə bin Laden

Bin Laden ABŞ və müttəfiqlərini hədələyib.

"Əl Qaidə" terror təşkilatının lideri Üsamə Bin Laden Afrika ölkələrindən Nigeriyada ötən ay 5 Fransa vətəndaşının qaçırılması ilə bağlı rəsmi Parisi ittiham edib.

"Əl Cəzirə" televiziyasının xəbərinə görə, Üsamə Bin Laden Fransanı hədəfə aldığı səsli mesajında Nigeriyada 5 fransızın qaçırılmasının Fransanın müsəlmanlara etdiyi haqsızlığa verilən reaksiya olduğunu deyib.

press7.org saytının xəbərinə əsasən Bin Laden Fransanın Əfqanıstandakı müharibəni dəstəkləməsi və çadranın qadağan edilməsi səbəbilə fransızların öldürüləcəyini bildirib.

ABŞ və müttəfiqlərinə səslənən Bin Laden "Ölkələrimizi işğal edib, qadınlarımızı və uşaqlarımızı öldürüb, sülh və təhlükəsizlik içərisində yaşamağı gözləməyə haqqınız yoxdur. Çox sadə düsturdur - öldürürsünüzsə, öldürüləcəksiniz" deyib.

"Əl Qaidə" liderinin açıqlamalarına Fransanın daxili işlər naziri Bris Otrofödən cavab gəlib. Nazir terror təhlükəsinin olduğunu və buna qarşı tədbirlər gördüklərini deyib.

В этом разделе