
D. Makdonou bildirib ki, Türkiyə ABŞ üçün çox önəmli müttəfiqdir: “Türkiyə NATO-nun önəmli bir üzvüdür. ABŞ üçün önəmi yalnız NATO üzvlüyü ilə bağlı ilə deyil, bu, həm də Türkiyənin bölgədə oynadığı liderlikdən də qaynaqlanır. Türkiyənin İsrail-Suriya danışıqlarında oynadığı rol da bura daxildir. Bundan başqa, Türkiyə, Asiya ilə Avropa arasında həqiqi bir körpüdür. Prezident bu məslələrlə məşğul olmağı səbirsizliklə gözləyir".
Obama aprelin 5-i axşam artıq Ankarada olacaq. Aprelin 7-nə qədər davam edəcək səfər çərçivəsində, ABŞ prezidenti Ankara və İstanbulda görüşlər keçirəcək. Obamanın Türkiyə prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşləri nəzərdə tutulub. ABŞ prezidenti İstanbulda tələbələr və media təmsilçiləri ilə birgə dəyirmi masada iştirak edəcək və bölgə gənclərinə müraciət edəcək. /ANSPRESS/