Barak Obama "bir nömrəli" terrorçunun ölməsini təsdiqlədi

ABŞ prezidenti Ənvar əl-Əvlakinin öldürülməsini şərh edib

Ənvar əl-Əvlakinin zərərsizləşdirilməsi bir daha onu göstərir ki, “Əl-Qaidə” terror şəbəkəsi və onlarla əlaqəli digər silahlı terror qruplaşmalarının başçılarına dünyanın hər hansı bir nöqtəsində təhlükəsiz sığınacaq tapmaq qismət olmayacaq. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və silahlı qüvvələrin Yəmən ərazisində əməliyyat keçirərək "Əl-Qaidə"nin Ərəb yarımadasındakı lideri Ənvar əl-Əvlakini zərərsizləşdirilməsini şərh edən Birləşmiş Ştatlar prezident Barak Obama deyib. ABŞ prezidentinin sözlərinə görə, əl-Əvlakinin zərərsizləşdirilməsi "Əl-Qaidə" ilə mübarizədə yeni əhəmiyyətli addım idi.

ABŞ administrasiyasınnın başçısının sözlərinə görə, ABŞ mənşəli dindar Əvlaki içində olduğu avtomobil karvanının hava zərbələrinə tuş gəlməsi nəticəsində ölüb. Məlumata görə, Əvlakidən savayı "Əl-Qaidə"nin Ərəbistan yarımadasanın daha 3 üzvü ölüb.

Nyu-York ştatında anadan olmuş radikal dindar Əl-Əvlaki ötən ilin iyul ayından ABŞ hökuməti tərəfindən axtarılan beynəlxalq terrorçular siyahısına daxil edilmişdi.

В этом разделе